AZ

Ronaldonun "YouTube" rekorduna reaksiyası: Dəlilikdir

Blogger və boksçu Ceyk Pol portuqaliyalı futbolçu Kriştiano Ronaldonun "YouTube" kanalından danışıb.

Publika.az xəbər verir ki, o, superulduzun cəmi 90 dəqiqə ərzində 1 milyon abunəçiyə çataraq tarixi rekord qırmasına təəccübləndiyini bildirib:

“Bu dəlilikdir. Mən bütün ömrüm boyu işlədim, 22 abunəçi topladım. O, 24 saat ərzində hamımı ötdü. Bu, sadəcə onun ulduz gücünü göstərir. Ronaldonu təbrik edirəm və ümid edirəm ki, o, gözəl videolar yayımlayacaq. Məncə, onun bu platformada olması gözəldir.

"MrBeast"i ötəcəkmi? Mən belə düşünmürəm. Fikirləşirəm ki, nə vaxtsa yavaşlayacaq, sonra isə hər şey axarında gedəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
publika.az

10Mənbələr