AZ

Ronaldonun youtube kanalı rekorda imza atıb -Foto

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Cristiano Ronaldonun şəxsi Youtube kanalı rekorda imza atıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Kanal 1 milyon abunəçini qazanmaq üçün sərf etdiyi vaxt baxımından platformanın tarixində ən sürətli kanal olub. Ronaldonun Yutub kanalı 1 milyon izləyici sayına cəmi 90 dəqiqə ərzində çatıb.

Kanal elan edildiyi andan etibarən 2 saat ərzində 2 milyondan çox abunəçi qazanıb.

Kanal ümumilikdə 17 saat ərzində 14 milyondan çox abunəçi toplayıb.

.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
16
xezernews.az

10Mənbələr