AZ

Kriştiano Ronaldo “YouTube”-də rekorda imza atıb

Kriştiano

Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “YouTube” videohostinqində öz kanalını yaradıb və platformada mütləq rekorda imza atıb.

Reyting.az
“ESPN”ə istinadla bildirir ki, Ronaldonun “YouTube” kanalı mövcud olduğu ilk saat yarım ərzində ilk milyon abunəçini qazanıb.

İlk bir saat ərzində kanalda 11 video yerləşdirilib.

Bu günə olan məlumata görə, Portuqaliyalının kanalına 12,8 milyon istifadəçi abunə olub. Artıq kanalda 19 video yayımlanıb.

Futbolçu qızıl “YouTube” düyməsi alıb və onu İnstaqram səhifəsində nümayiş etdirib.

“Ailəm üçün hədiyyə, bütün abunəçilərə təşəkkür edirəm”,- futbolçu yazıb.

Qeyd edək ki, futbolçu uzun müddətdir ki, İnstaqram səhifəsində aktivdir. Portuqaliyalı bu sosial şəbəkədə ən populyar şəxsdir - onun 636 milyon abunəçisi var.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
16
reyting.az

10Mənbələr