AZ

SDP lideri Almaniyanın Ukraynaya kömək üçün vəsait tapacağına ümid edir

“Almaniya hakimiyyəti büdcə çətinliklərinə baxmayaraq, Ukraynaya yardımı dayandırmayacaq”. Bizimyol.info xəbər verir ki, bu sözləri hakim koalisiyaya daxil olan Almaniya Sosial Demokrat Partiyasının (SDP) həmsədri Lars Klinqbeyl “Bild” qəzetinə müsahibəsində deyib. “Biz Ukraynanı mümkün qədər dəstəkləməliyik və mümkün qədər aktiv şəkildə dəstəkləməliyik”, - deyə Klingbeil bildirib. Onun sözlərinə görə, Kiyevi maliyyələşdirmək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə planı “səmərə verməzsə, o zaman həll yolları Almaniya hökumətində tapılmalıdır”. “Bütün siyasi gücümdən istifadə edəcəyəm ki, bir gün Ukrayna üçün daha pul olmadığını deməyə məcbur olmayaq. Onda həll yolları tapılmalıdır və biz onları tapacağıq”, - deyə Klinqbeyl qeyd edib. “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti avqustun 17-də yazıb ki, Almaniya Ukraynaya hərbi yardımı məhdudlaşdırmalıdır, çünki hazırkı büdcə planında bu məqsədlər üçün yeni vəsait nəzərdə tutulmayıb. Səbəb Almaniya Federal Kansleri İdarəsi və Maliyyə Nazirliyinin sərt qənaət tədbirləri olub. Kansler Olaf Şolz Kiyevə dəstəyi kəsmək planları ilə bağlı ittihamları rədd edib. Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Berlin Kiyevə hərbi yardım üçün vəsait ayırıb və gələcəkdə təxminən 28 milyard avro xərcləməyi öhdəsinə götürüb. 2025-ci il üçün büdcə sazişinə uyğun olaraq, Ukraynaya hərbi dəstək üçün 4 milyard avro ayrılacaq ki, bu da 2024-cü illə müqayisədə iki dəfə çoxdur. Rusiya hakimiyyəti dəfələrlə bəyan edib ki, Kiyevi silahla təmin etmək Moskvanın qətiyyətini zəiflətməyəcək və ya "xüsusi hərbi əməliyyat"ın gedişatını dəyişməyəcək. Qərbin əksər dövlətləri isə Avropa üçün təhlükəyə çevrilən Rusiyanın qarşısını almaq üçün Ukraynanın silahlandırılmasını ən doğru addım hesab edirlər. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
21
bizimyol.info

9Mənbələr