AZ

“Böyük yeddilər” Ukraynaya 50 milyard avro ayrılır – Almaniya kansleri qərarı açıqladı

Almaniya kansleri Olaf Şolts Ukraynaya 50 milyard avro məbləğində yeni kredit ayırdığını açıqlayıb.

“AzPolitika” xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində məlumat verib. Kredit üçün vəsaitin Rusiyanın Avropada dondurulmuş aktivlərinin faizlərindən əldə ediləcəyi gözlənilir.

Qərb rəsmiləri hesab edirlər ki, Kiyev ilə Moskva arasında sülh razılaşması əldə olunarsa, bu aktivlər Ukrayna üçün təzminatlara daxil edilə və kreditin ödənilməsinə sərf oluna bilər.

"Biz dəstək verməyə davam edirik: G7 ilə birlikdə təşkil etdiyimiz 50 milyard avro kreditlə"- Şolts əlavə edib.

O, həmçinin vurğulayıb ki, Almaniya Avropada Ukraynanın ən güclü dəstəkçisi olaraq qalır. Onun sözlərinə görə, bu kredit Ukraynaya daha çox silah almağa imkan verəcək.

Bundan əvvəl məlumat verilmişdi ki, “Yeddilər qrupu” liderləri Ukraynaya 50 milyard dollar ayırmaq planı ilə bağlı razılığa gəliblər.

Stokholm Universitetinin professoru Lars Kalmfors “Financial Times” qəzetindəki məqaləsində qeyd edib ki, Ukraynaya uzunmüddətli dəstək hər bir ayrı-ayrı ölkə üçün əhəmiyyətli xərclər olmadan mümkündür.

Onun fikrincə, Ukraynaya ildə təqribən 265 milyard dollar həcmində dəstək vermək üçün Aİ, ABŞ və Böyük Britaniya ÜDM-nin cəmi 0,45%-ni ayırmalıdır. Eyni zamanda, müxtəlif hesablamalara görə, Rusiyanın müharibəyə xərcləmələri ildə təxminən 140 milyard dollar təşkil edir.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
21
azpolitika.info

9Mənbələr