AZ

Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi 1999-cu ildən bəri ilk dəfə 5 mlrd. avrodan aşağı düşüb

İyun ayında Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında ticarət dövriyyəsi aylıq ifadədə 10% azalaraq 4.9 milyard avro təşkil edib. Bu, ticarət dövriyyəsinin 4.6 milyard avroya bərabər olduğu 1999-cu ilin sentyabrından bəri ən aşağı göstəricidir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

“Eurostat”ın məlumatına görə, iyunda ticarətin ən böyük azalması Portuqaliya (13.2 milyon avro), Çexiya (121.5 milyon avro) və İrlandiya (41.5 milyon avro) ilə olub. Bununla yanaşı, iyun ayında bəzi ölkələrlə ticarət dövriyyəsi artıb. Məsələn, Bolqarıstan və Rumıniya ilə ticarət dövriyyəsi 15% artaraq müvafiq olaraq 55.8 və 12.3 milyon avroya çatıb. Hollandiya (+10%) və Xorvatiya (+7%) ilə də ticarət dövriyyəsi yüksəlib.

Statistika xidmətinin məlumatına görə, iyunda Rusiya mallarının Aİ-yə tədarükü may ayı ilə müqayisədə 14% azalaraq 2.5 milyard avro təşkil edib. Rusiyanın Avropa İttifaqına ixracının əsas hissəsini qaz (1.1 milyard avro), neft və neft məhsulları (333 milyon avro), həmçinin dəmir və polad (164 milyon avro) təşkil edib.

Eyni zamanda, iyun ayında Rusiyaya Avropa məhsullarının tədarükü aylıq ifadədə 5% düşərək 2.4 milyard avroya qədər azalıb. Avropanın Rusiyaya ixracının əsas kateqoriyaları əczaçılıq məhsulları (634 milyon avro), avadanlıq (262 milyon avro) və optik alətlər (203 milyon avro) olub.

2024-cü ilin əvvəlindən Rusiyadan Aİ ölkələrinə boru kəməri qazının idxalı 3.1 milyard kubmetr artıb. “Kommersant”ın məlumatına görə, iyulda Rusiyanın LNG ixracı, əsasən, “Qazprom”un “Saxalin-2” və “Portovaya” layihələrində aparılan planlı təmir işləri ilə əlaqədar illik ifadədə 5.8% azalaraq 1.97 milyon tona düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
46
banker.az

10Mənbələr