AZ

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 806 milyon manatdan çox olub

Naxçıvanda

Naxçıvan, 11 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 806 milyon 388 min 700 manat təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Ticarət şəbəkəsində 413 milyon 677 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 392 milyon 711 min 300 manatlıq qeyri-qida məhsulları satılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
4
azertag.az

10Mənbələr