AZ

ABŞ-da inflyasiya son 3,5 ilin ən aşağı səviyyəsinə düşüb

ABŞ Əmək Nazirliyi avqust ayı üzrə istehlak qiymətləri məlumatlarını açıqlayıb.

FED.az xəbər verir ki, istehlak qiymətləri avqust ayında iyun ayı ilə müqayisədə 0,2 faiz artıb. Bazar proqnozu bu dövrdə indeksin 0,2 faiz artacağı idi.

Ölkədə İstehlak Qiymətləri İndeksin 2024-cü ilin avqust ayında illik (2023-cü ilin avqust ayı ilə müqayisədə) 2,5 faiz artıb. Beləliklə, illik İstehlak Qiymətləri İndeksində dəyişiklik bazarın 2,5 faiz gözləntisinə uyğun olaraq reallaşıb.

ABŞ-da inflyasiya iyulda aylıq 0,2 faiz azalmış, illik 2,9 faiz artmışdı. 

Ölkədə dəyişən enerji və ərzaq qiymətlərini nəzərə almayan baza CPI avqust ayında aylıq 0,3 faiz, illik isə 3,2 faiz artıb.

Son zamanlar inflyasiya ilə bağlı narahatlıqların yatırıldığını bildirən analitiklər, zəifləyən məşğulluq bazarının tənəzzül riskini "qidalandırdığı" üçün investorların ehtiyatlı olduqlarını qeyd ediblər.

FED-in bu ay faiz dərəcələrini 0,25 faiz bəndi endirməsi ehtimalı valyuta bazarlarında güclü olaraq qalır, 0,50 bənd faiz endirimi ehtimalı isə 35 faiz səviyyəsindədir. FED-in ilin sonuna qədər faiz dərəcələrini cəmi 1,00 faiz bəndi azaldacağı təxmin edilir. (Marja)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
7
fed.az

10Mənbələr