AZ

ABŞ-da inflyasiya azaldı: FED faizləri endirəcək

Avqust ayında ABŞ-da istehlak qiymətləri illik müqayisədə 2,5 faiz artıb.

Musavat.com xəbər verir ki, bunu ABŞ Əmək Nazirliyinjin dərc etdiyi məlumatlar sübut edir.

İyulda bu göstərici 2,9 faiz, iyunda 3 faiz, mayda 3,3 faiz, apreldə 3,4 faiz, martda 3,5 faiz olub. Aylıq ifadədə istehlak qiymətləri avqust ayında iyulda olduğu kimi 0,2 faiz artıb.

Bloomberg analitikləri orta hesabla avqustda inflyasiyanın 2,5 faizə, Trading Economics respondentləri isə 2,6 faizə qədər zəifləyəcəyini gözləyirdilər.

Avqustda ABŞ-da enerji qiymətləri illik ifadədə 4 faiz (bir ay əvvəl 1,1 faiz artıb), o cümlədən benzin qiymətləri 10,3 faiz (iyulda -2,2 faiz) ucuzlaşıb.

Ərzaq məhsullarının maya dəyərinin artımı 2,2 faizdən 2,1 faizə, nəqliyyat xidmətlərindəki artım 8,8 faizdən 7,9 faizə düşüb. Avqustda yeni avtomobillərin qiymətləri 1,2 faiz (iyulda -1 faiz), işlənmiş avtomobillərin qiyməti 10,4 faiz (iyulda -10,9 faiz) azalıb.
Geyim qiymətləri 0,3 faiz artıb (bir ay əvvəl +0,2 faiz).

Avqust ayında CPI indeksi, iyulda olduğu kimi, əvvəlki ayla müqayisədə 0,2 faiz artıb.

Ərzaq və enerji xərcləri istisna olmaqla istehlak qiymətləri (Əsas CPI indeksi) iyul ayı ilə müqayisədə 0,3 faiz, illik ifadədə isə 3,2 faiz artıb. Bir ay əvvəl rəqəmlər müvafiq olaraq 0,2 faiz və 3,2 faoz artıb. Əsas CPI indeksinin illik artım tempi 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyədə qalır.

Amerikalı şərhçilərin fikrincə, bu məlumatlar ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) bu ay baza faiz dərəcəsini aşağı salacağını gözləməyə əsas verir.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
musavat.com

10Mənbələr