AZ

Ukrayna bu istiqamətdə hücuma başladı: Putinə zərbə...

Ukrayna ordusunun Kursk vilayətində hücumu dayandırılmayıb. Növbəti böyük rus qəsəbəsi Korenevo uğrunda döyüş başlayır.

Turkustan.az xəbər verir ki, bunu “Bild” nəşrinin eksperti Yulian Röpke deyib.

Onun sözlərinə görə, Kreml Ukraynanın hücumunun dayandırıldığını iddia etsə də, bunun əksini göstərən dəlillər artır:

“Avqustun 20-də səhər saatlarında Rusiyanın “Şimal” qrupunun Teleqram kanalı Ukrayna hərbi bölmələrinin Korenevo kəndinin girişindən 300 metr məsafədə (sərhəddən 19 km məsafədə) əməliyyat apardığını əks etdirən video yayımlayıb. Videoda Ukraynaya məxsus dörd avtomobilin atəşə tutulduğu, onlardan ikisinin vurulduğu əks olunub. Bu görüntülər Ukrayna Silahlı Qüvvələrinin bir neçə gündür yaxınlaşdığı Korenevo uğrunda döyüşlərə başladığını təsdiqləyir”.

Röpke bildirib ki, Korenovunun itirilməsi Vladimir Putinin reputasiyasına Sucanın itirilməsindən daha pis təsir edəcək:

“Sucadan fərqli olaraq, o, qəfil hücumu və müdafiənin hazırlıqsız olmasının üzərinə yıxa bilməyəcək. Kursk vilayətində iki həftə davam edən döyüşlərdən sonra oradakı Rusiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib və minlərlə əsgəri əlavə olaraq bölgəyə yerləşdirib. Bu vəziyyətdə Ukrayna qüvvələrinə uduzmaq Rusiya hərbi rəhbərliyi üçün dəhşətli biabırçılıq olardı”.

Ekspert Ukrayna ordusunun digər istiqamətlərdə də irəlilədiyini bildirib:

“Sudjanın şimal-şərqində inamlı döyüşlərdən sonra Ukrayna qoşunları Martınovka kəndinə nəzarəti ələ keçirdilər. Bu kənd Birbaşa Kurska aparan P200 magistral yolunun üzərində yerləşir. Martınovkanı çeçen birləşmələri müdafiə edirdi, kənd Sucaya potensial əks-hücum üçün başlanğıc nöqtəsi kimi vacib idi. İndi Ukrayna Silahlı Qüvvələri üçün bu təhlükə sürətlə azalır”./axar.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
50
turkustan.az

10Mənbələr