AZ

Rus ordusu Ukrayna müdafiəçilərini mühasirəyə alıb - Foto

Rus

Rus ordusunun Pokrovsk istiqamətində irəliləməsi Ukrayna Silahlı Qüvvələrini öz mövqelərindən şəhərin cənub-şərqinə çəkilməyə məcbur edib. Ruslar bu ərazidə Ukrayna qüvvələrinin taktiki mühasirəsini həyata keçirməyə cəhd göstərir.

Reyting.az
Müharibə Araşdırmaları İnstitutuna istinadla bildirir ki, avqustun 22-də yayılan geolokasiya görüntülərinə görə, ruslar bu yaxınlarda Ptiçyeni (Pokrovskdan cənub-şərqdə) tutub və cənuba doğru irəliləyiblər. Bu, rusların əvvəllər bu ərazidə Karlovskoe su anbarının şərq sahilinin qalan hissəsini tutması barədə iddialarını təsdiqləyir.

Rusların T-0511 magistral yolundan (Oçeretino-Qrodovka) cənuba və cənub-qərbə doğru irəliləməsi Müdafiə Qüvvələrinin mühasirəyə alınmasına şərait yaratmaq əvəzinə, mövqelərini Pokrovskdan şərq və cənub-şərqdə bərabərləşdirib.

Bununla belə, son həftələr ərzində işğalçılar E-50 magistralına (Donetsk - Pokrovsk) doğru irəliləyərkən onları mühasirəyə alıblar. Taktiki mühasirə təhlükəsi müdafiəçiləri geri çəkilməyə məcbur edib. Bu istiqamətdə fəaliyyət göstərən Ukrayna briqadasının nümayəndəsi etiraf edib ki, cəbhəni düzəltmək və şəxsi heyətin həyatını xilas etmək üçün geri çəkilməyə məcbur olublar.



V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
reyting.az

1Mənbələr