RU

ABŞ İsraili müdafiə etməyə hazırdır - Penraqon rəhbəri

Pentaqon rəhbəri Lloyd Ostin həftə sonu İranın İsrailə hücumundan sonra İsrailin müdafiə naziri Yoav Qalantla üçüncü danışıqlarını keçirib.

 

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Pet Rayder bildirib.

 

"Nazir vurğulayıb ki, ABŞ eskalasiyaya can atmasa da, biz İsraili və Amerika personalını qorumaq üçün bütün lazımi tədbirləri görməyə davam edəcəyik", - deyə o bildirib.

 

"ABC News" televiziya kanalı yüksək rütbəli Amerika müdafiə və təhlükəsizlik rəsmilərinə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar İsrailin cavabında iştirak etmək niyyətində deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
187
50
Источники
Комментарий ()
Закрывать