AZ

Ağ Ev: İsrail ordusu silahlarının böyük hissəsini ABŞ-dən alır

İsrail ordusu silahlarının böyük hissəsini ABŞ-dən almağa davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.

"Hər kəs ABŞ-nin İsrailə silah göndərilməsini dayandırmasından danışır. Lakin İsrailə silah tədarükü hələ də davam edir. 

Yəhudi dövlətinin hakimiyyəti hələ də bizdən hərbi sursat alırlar. Bir sözlə, İsrail özünümüdafiə üçün lazım olan avadanlıqların böyük əksəriyyətini ABŞ-dən təmin edir”, - deyə Kirbi qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
310
42
bizim.media

10Mənbələr