AZ

ABŞ İsrailə silah göndərilməsini dayandırıb - Səbəbi açıqlandı

Birləşmiş Ştatlar ötən həftə Qəzza zolağının cənubundakı Rəfah şəhərinin işğalı və dinc əhalinin öldürülməsi üçün istifadə edilcəyindən narahat olduğu üçün İsrailə 3500 bombanın çatdırılmasını gecikdirib.

“AzPolitika” xəbər verir ki, bu barədə “The New York Times” və “Associated Press” öz mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Vaşinqton indi silahların, o cümlədən idarəedici sistemlərin gələcək tədarükünü dayandırmağı düşünür.

ABŞ-ın "Axios" xəbər saytında yazılana görə, Birləşmiş Ştatlar İsrailə göndəriləcək sursat daşınmasını keçən həftədən dayandırıbı. Nəqlin dayandırılmasının Qəzzaya hücumların başladığı 2023-cü ilin 7 oktyabrından bəri bir ilk olduğu və bu vəziyyətin rəsmi Təl-Əvivdə ciddi narahatlığa səbəb olduğu bildirilib.

Qeyd edək ki, Birləşmiş Ştatlar İsrailə Qəzzanın cənubunda hərbi əməliyyat keçirməməsi barədə xəbərdarlıq edib. Vaşinqton Rəfahda bir milyona yaxın qaçqının olduğuna diqqət çəkib.

Çərşənbə axşamı, mayın 7-də İsrail ordusu Qəzza zolağından Misirlə sərhəddə yerləşən Rəfah nəzarət-buraxılış məntəqəsinti işğal edib. Bu zaman 20 fələstinli qətlə yetirilib. .

İsrailin Rəfaha texnika və qoşun gətirməsindən sonra HƏMAS Qəzzada atəşkəslə razılaşdığını açıqlayıb. Qrup nümayəndələri bu barədə vasitəçi kimi çıxış edən Qətər və Misirə məlumat veriblər. Ancaq İsrailin sionist rejimi qətliamları dayandırmaq istəmir.

Dünya ictimaiyyəti də İsraili mülki şəxslərə qarşı qətliamları dayandırmağa çağırsa da, Netanyahu rejimi bunu eşitməzdən gəlir. Son aylarda 34 mindən çox dinc fələstinlini qətlə yetirən İsrail rejimi ABŞ və bəzi Qərb ölkələrinin dəstəyi ilə soyqrımı davam etdirir.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
50
Mənbələr
Şərh ()
Bağla