AZ

ABŞ İsrailə silah tədarükünü təxirə saldı – Rəsmi

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Vaşinqtonun İsrailə silah tədarükünü təxirə salması ilə bağlı yayılan xəbərləri təsdiqləyib və bildirib ki, Amerika Rəfah əməliyyatına etirazını Qüdsə nümayiş etdirmək üçün bomba daşımalarını dayandırıb.

Yenipress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisinin sözlərinə görə, İsrail üçün nəzərdə tutulan sursat göndərişinə 900 kiloqram ağırlığında 1800 bomba və 225 kiloqram ağırlığında 1700 bomba da daxil olub:

“ABŞ ehtiyat edir ki, İsrail bu ağır bombalardan yerli əhali ilə yanaşı, digər təhlükəli ərazilərdən qaçan yüz minlərlə fələstinlinin də yaşadığı Rəfahın sıx şəhər ərazilərində istifadə edə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
345
50
Mənbələr
Şərh ()
Bağla