RU

Sevinc Fətəliyeva: Brüssel görüşünün məqsədləri regionumuzda sülh quruculuğu səylərinə böyük təhdiddir

Sevinc
“Uzun müddətdir ki, Qərb dairələri Cənubi Qafqaz regionuna daxil olmağa və burada möhkəmlənməyə çalışır. Əslində, bu amil region üçün çox təhlükəlidir. Çünki ən azı bəzi postsovet ölkələrinin təcrübəsinə nəzər yetirsək, Qərbin vədlərinə inananların aqibətinin fəlakətli sonluğuna şahidlik etmişik. Qərb indi də Cənubi Qafqazda bu fəlakətli vəziyyəti Ermənistanın əli ilə reallaşdırmağa çalışır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, son zamanlar bu proses daha da sürətlənib. Rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), Avropa İqtisadi İttifaqından (Aİİ) uzaqlaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir. Avropa İttifaqının Müşahidə Missiyası adı altında Qərbin kəşfiyyat qrupunun Ermənistanda yerləşdirilməsi bu layihələrdən sadəcə biridir. ABŞ və Avropa İttifaqının hədəfləri sırasında Ermənistanı Rusiyadan uzaqlaşdırmaq da dayanırsa, digər hədəf Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaqdır. Onlar Ermənistanı Azərbaycanla sülh sazişi imzalamamağa təşviq edir. Fransanın İrəvanı silahlandırması da bunun göstəricisidir.
Millət vəkilinin sözlərinə görə, aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Ermənistan-Avropa İttifaqı üçlü görüşü isə Cənubi Qafqazda İrəvanın vasitəsilə yeni məkrli planların reallaşdırılması cəhdidir. Rəsmi açıqlamalarda görüşün Ermənistan iqtisadiyyatına və demokratiyanın inkişafına dəstək məqsədi daşıdığı bildirilsə də, əslində bu “platformanın” Qərbin geosiyasi məqsədlərinə xidmət etməsi şübhə doğurmur. Ona görə də, Brüssel görüşünün məqsədləri regionumuzda sülh quruculuğu səylərinə böyük təhdiddir.

“Qərbin öz geosiyasi maraqları naminə bu təhlükəli davranışı region ölkələrinin maraqlarına xidmət etmir. Təsadüfi deyil ki, Türkiyə və Rusiya rəsmi bəyanat verərək Brüssel görüşü founda Qərbin planlarına kəskin etiraz ediblər. Qərbin planlarının bölgədə, sülhə və əməkdaşlığa xidmət etmədiyi, daha çox pozuculuq məqsədi daşıdığı bəyan olunub. Doğrudur, ABŞ və Avropa Komissiyası rəsmiləri dövlətimizin başçısı ilə telefon danışıqlarında bu görüşün ölkəmizə qarşı olmadığı, Ermənistanla iqtisadi əlaqələrin inkişafına həsr olunduğu barədə məlumat veriblər. Lakin aydın məsələdir ki, Qərb Azərbaycan və Türkiyə kimi dövlətlərlə sərhədləri bağlı olan Ermənistanı iqtisadi böhrandan xilas edə bilməz. Azərbaycana və Türkiyəyə qarşı düşmən münasibətdə olan, Rusiyadan uzaqlaşma xətti tutan Ermənistan regiona necə inteqrasiya oluna bilər? ABŞ-ın Ermənistandakı iqtisadi islahatları dəstəkləmək üçün ayıracağı 65 milyon dolların bu ölkəni dirçəldəcəyini düşünmək sadəlövhlükdür. Bundan əlavə, o da məlumdur ki, Ermənistan iqtisadiyyatı bu gün İran və Rusiyadan çox asılıdır. Yəni, Ermənistanın yaşaması Qərbdən deyil, Azərbaycan, Türkiyə, Rusiya və İrandan asılıdır. Belə olan halda, Qərb rəsmilərinin “Brüssel görüşü Ermənistana ticari-iqtisadi yardım xarakter daşıyır” fikirləri reallıqdan tamamilə uzaqdır. Sadəcə burada bir niyyət var ki, müəyyən beynəlxalq güclər Cənubi Qafqazda kök salaraq bölgəni istədikləri kimi idarə edə bilsinlər. Bu mənada, Brüssel görüşünün əsas hədəflərindən biri Ermənistanın Rusiyadan uzaqlaşdırılması, bunun qarşılığında İrəvanın anti-Azərbaycan, anti-Türkiyə siyasətini dəstəkləməkdən ibarət idi. Nikol Paşinyanın “sülh kəsişməsi” layihəsini dəstəkləyən Qərb dövlətləri nədənsə, Ermənistanın Azərbaycanın sülh təkliflərinə niyə cavab verməməsinə, nə üçün işğal altındakı kəndlərimizi hələ də qaytarmamasına toxunmadılar. Eləcə də, Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı da Ermənistana heç bir təzyiq göstərilmir. Lakin bir reallıq da var ki, Qərb kiçik və zəif Ermənistan vasitəsilə bölgədə öz planlarını reallaşdıra bilməyəcək. Burada zərər çəkən yalnız Ermənistanın özü olacaq”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
260
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11956
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8594
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8327
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2334
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2067
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1888
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1764
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1488
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1134
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
924
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
726
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
524
Arda Gülər dayanmır, yenə fərqləndi -
461
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
422
Arda dubl etdi - VİDEO
371
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
368
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
361
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
360