Musiqili Teatrda bu həftə - AFİŞA

Xəbərin çap versiyası
Tarix: 18-12-2017, 16:05
Musiqili Teatrda bu həftə -


Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.

SİVİL.AZ
-ın məlumatına görə, Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, 22, 23, 24 dekabr tarixlərində saat 19.00-da “Silva” (İ. Kalman), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Toya bir gün qalmış” (Ə. Səmədli) tamaşaları təqdim ediləcək.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Marina Litvinenko, Firuz Məmmədov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Elçin İmanov, Emil Heydərov, Gülnarə Abdullayeva, Rauf Babayev, Gülnarə Əzizova, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Telnaz Hüseynova, Əliməmməd Novruzov, Yuliya Heydərova, Nicat Əli, Aydan Həsənova, Ruslan Mürsəlov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 22 dekabr saat 19.00-da İmre Kalmanın “Silva” iki hissəli operettası rus dilində nümayiş olunacaq.

Həftəsonunu xoş ovqatla və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz