AZ

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə etdiyi bildirilib.

 

Sfera.az xəbər verir ki, Baku TV Zaqatala rayonunda fəaliyyət göstərən dönərxanalardan birinin sahibi Rəsul Fətəliyev ilə həmsöhbət olub.

 

O bildirib ki, həmin gün 200 ədəd dönər satılıb:

 

“Mən daxil bütün işçi kollektivi dönərdən yedik, səhhətimizdə heç bir problem yoxdur”.

 

Qeyd edək ki, hazırda zərərçəkənlərə tibbi yardımın göstərilməsi davam edir. 

 

Daha ətraflı süjetdə:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
50
Mənbələr
Şərh ()
Bağla