AZ

“Škoda” iki yük maşının arasında qaldı:ölən və xəsarət alan var - VİDEO

Çexiyada ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şərqində yerləşən D1 avtomagistralında qeydə alınıb.

Məlumata görə, yük yerində “Т-34” tankı daşıyan yük maşını və onun arxasında olan “Škoda Fabia” markalı minik avtomobili dəmiryol keçidində şlaqbaumun açılmasını gözləyiblər. Bu zaman 54 yaşlı Litva vətəndaşının idarə etdiyi avtomobil daşıyan yük maşını yüksək sürətlə minik maşınına çırpılıb. Zərbənin təsirindən iki yük maşınının arasında qalan “Škoda” deformasiyaya uğrayıb.

Nəticədə minik avtomobilinin 75 yaşlı sürücüsü hadisə yerində ölüb, onun 51 yaşlı sərnişini isə deformasiyaya uğramış avtomobildən çıxarılaraq ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Avtomobil daşıyan yük maşınının sürücüsü polis tərəfindən saxlanılıb, onun barəsində cinayət işi açılıb.

 

Namiq Musayev

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
50
Mənbələr
Şərh ()
Bağla