AZ

Məşhur aktyor plastik əməliyyat etdirib? - Fotolar

Məşhur

Hollivud ulduzu Kianu Çarlz Rivz yeni çəkilmiş fotoları ilə pərəstişkarlarını təəccübləndirib. Pərəstişkarlarını təəccübləndirən Kianu Rivzin zahiri görünüşü və üzündəki dəyişikliklər olub.

Reyting.az
xəbər verir ki, məşhur aktyorun fotoları "Daily Mail" nəşrinin saytında dərc edilib. Fotolarda göründüyü kimi, 59 yaşlı Kianu Rivz öz 51 yaşlı sevgilisi Aleksandra Qrantla birlikdə öncə mayın 4-də Los-Ancelesdə keçirilən Hammer Muzeyinin təşkilatçılığı ilə Qala tədbirində iştirak edib.

Tamaşaçıları aktyorun fotosunu görüncə, sanki şok yaşayıblar və sayta yazdıqlarıbütün şərhlər, suallar ancaq eyni motivli mətnlər olub. "Daily Mail" nəşrinin qeyd etdiyinə görə "Axı onun üzünə nə olub?", "Botoks və ya əməliyyat olunubmu? Çox qəribədir”, “Kianu çox sevirəm, amma bu qadın açıq-aydın onun üzünə nəsə edib”, yaxud da “O, xəstə görünür. Ümid edirəm ki, ulduz yaxşıdır”, “Keanu arıqlayıbmı?”,- kimi çoxsaylı suallarla onlara müraciət edənlərin, xüsusi olaraq fəallıq göstərən xeyli internet istifadəçilərinin şərhləri hələ də bitmək bilmir.



Xatırladaq ki, Kianu Rivz aktyorluq karyerasına doqquz yaşında başlayıb və “Lənət Yankilər” adlı musiqili teatr tamaşasında ilk rolunu ifa edib. Bu aktyorun filmoqrafiyasındakı bir çox ekran əsərləri, "Şeytanın vəkili", "Con Uik", "Matriks", "Konstantin: Qaranlığın hökmdarı","Nöqtə sınması", “Göl qırağı ev", "Bill" kimi uğurlu layihələr onu çox tezliklə məşhurlaşdırıb.

Kianu Rivzin 110-dan çox rolu var. "Tedin əla macərası” filminin 2005-ci il nümayişindən sonra isə Kianu Rivz Hollivudun Şöhrət Xiyabanında bir ulduz alıb. Bundan daha əvvəl isə məlum olmuşdu ki, aktyor “Sonik 3” animasiya filmində kirpini səsləndirəcək.

1964-cü ilin sentyabr ayının 2-də Livanın Beyrut şəhərində doğulan, uşaqlıq illərini Kanadanın Toronto şəhərində keçirən kino-teatr aktyoru, kinoprodüser və bas ifaçısı, musiqiçi Kianu Rivzin 59 yaşı var.



2011-ci ildə Hollivudun məhşur kino aktyoru böyüklər üçün yazıb tərtib etdiyi “Xoşbəxtliyə qəsidə” adlı illüstrasiyalı bir kitab da nəşr etdirib. O çəkildiyi filmlərlə yanaşı həm də teatrda rol almağı sevir. Rivzin teatrda oynadığı və "Hamlet"-dəki təkrarsız çıxışı Britaniyanın "The Sunday Times" qəzetinin tənqidçisi Rocer Lyuis tərəfindən yüksək qiymətləndirilib. Məhz bu tamaşanı görəndən sonra tanınmıştənqidçi iddia edib ki, Kianu Rivz böyük sənətkardır. Rocer Lyuis onun haqqında "Həmişə gördüyüm üç böyük Hamletdən biridir - bir sadə səbəbdən: o və Hamlet var",- deyə öz məqaləsində Kianu Rivzdən heyranlıqla yazıb.

Kianu Rivzin haqqında yazılan bütün bu xatırlatmalarla yanaşı "Daily Mail" nəşri sonda qeyd edir ki, çoxluq aktyorun Aleksandra Qrantın təsiri ilə öz simasını, zahiri görkəmini dəyişdirdiyinə inanır.

Oqtay QORÇU

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
Mənbələr
Şərh ()
Bağla