Robert Sturuanın tamaşası Musiqili Teatrda

Xəbərin çap versiyası
Tarix: 14-11-2017, 13:22
Robert Sturuanın tamaşası Musiqili Teatrda


Dünya şöhrətli, məşhur gürcü rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşa Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

Qurumun Mətbuat xidmətindən SİVİL.AZ-a verilən məlumata görə, tamaşaların nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri çərçivəsində baş tutacaq. 14 və 15 noyabr tarixlərində saat 19.00-da Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşası azərbaycanlı sənətsevərlərə təqdim olunacaq.

“Robert Sturua dünyada tanınan bir rejissordur. Belə bir məşhur rejissorun hazırladığı tamaşanın azərbaycanlı tamaşaçılara təqdim olunması çox təqdirəlayiq bir haldır. Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri həm də mədəniyyətlərarası dialoqun çox gözəl bir nümunəsidir. Ümumiyyətlə, bizim teatrla Robert Sturua arasında yaxşı əlaqələr mövcuddur. Musiqili Teatr hər zaman dünyanın öncül teatrları, incəsənət xadimləri ilə əməkdaşlıq etməyə çalışır. Qeyd edim ki, bu qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşasını izləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz