AZ

Vyetnam parlamentinin sədri istefa verib

Vyetnam

Bakı, 26 aprel, AZƏRTAC

Vyetnam Milli Assambleyasının (parlamentin) sədri Vıonq Din Xue bu gün istefaya gedib.

AZƏRTAC xəbər verir ki, Milli Assambleya sədrinin istefası Vyetnam Kommunist Partiyası (VKP) Mərkəzi Komitəsinin növbədənkənar plenumunda təsdiqlənib.

Plenumun yekunlarına dair yayılan kommunikedə qeyd olunur ki, Vıonq Din Xue Milli Assambleyanın sədri, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və partiyanın Mərkəzi Komitəsinin üzvü vəzifələrindən “şəxsi xahişi ilə” azad edilib

VKP Mərkəzi Komitəsinin Mərkəzi Təftiş Komissiyasının məlumatına görə, Vıonq Din Xue “partiya nizamnaməsini pozub”. Onun yol verdiyi pozuntular və nöqsanlar partiyanın və dövlətin nüfuzuna zərbə vurub. O, partiya, dövlət və xalq qarşısında məsuliyyətini dərk edərək, tutduğu vəzifədən istefa verib.

VnExpress xəbər portalı isə yazır ki, Vyetnam parlamenti sədrinin istefası korrupsiya qalmaqalı ilə bağlıdır - aprelin 22-də Milli Assambleyanın ofis rəhbərinin müavini Fam Txay Xa vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada şübhəli bilinərək saxlanılıb. 48 yaşlı məmur eyni vaxtda spikerin köməkçisi vəzifəsini tutub və onu karyerasının bütün mərhələlərində müşayiət edib.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla