AZ

Gəmi ilə səyahətə maraq artır

Koronavirus pandemiyası vaxtı aylarla sahilə çıxa bilməyən kruizçilər üçün artıq yeni imkanlar yaranıb. Ötən ilin statistikası göstərir ki, bu bahalı səyahət növünə maraq artır. Bunun səbəbləri həm səfərlərin daha komfortlu olması, həm də qiymətlərin nisbi əlçatanlığıdır. 
 
Avtosfer.az xəbər verir ki, 2023-cü ildə gəmi ilə uzunmüddətli turist səfərlərinə çıxanların sayı dünya üzrə 37,7 milyon nəfəri ötüb. Bu da koronavirus pandemiyasından əvvəlki səviyyədən 7% daha çoxdur. 
Ümumi planda Beynəlxalq Kruizçilər Assosiasiyası gələcəyə nikbin baxır. Bu il 36 milyonadək turistin kruiz səfərinə çıxması gözlənilir. 2027-ci il üçün hədəf 40 milyon nəfərdir. 
Uzunmüddətli gəmi səfərilərinə gedənlərin tərkibi çox da dəyişmir. Ötən il Şimali Amerikanın 18 milyon sakini uzunmüddəıtli gəmi səfərlərindən faydalanıb. Bu da illik əsasda 17% artım deməkdir.  Hesabat dövründə 8,2 milyon avropalı kruiz səfərinə çıxıb ki, burada da artım göstəricisi 6%-i ötüb. Lakin əksər ölkələrinin okeana çıxışı olan Asiyada 38%-ə yaxın geriləmə qeydə alınıb. Ötən il cəmi 3,7 milyon asiyalı uzunmüddətli gəmi səfərlərinə çıxıb. 
Kruizə marağın artması gəmi tikintisini də sürətnləndirir. Hazırda dünyada 350 kruiz gəmisi mövcuddur. Yaxın 5 il üçün daha 63 layner sifariş edilib. Gəmilərin ölçüləri də böyüyür. Hazırda səfərə çıxan laynerlərin 35%-nin tutumu min çarpayından azdır. Gəmilərin 12%-ə qədəri 4 min sərnişinə yataq yeri təklif edir.  Yaxın 5 ildə bu tip okean laynerlərinin sayı artırılacaq.

 

VÜQAR YAŞAROĞLU

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla