“Barselona” rəhbərliyi baş məşqçi Xavini klubda qalmağa razılıq verib.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən mütəxəssislə keçirilən görüşdən sonra bu barədə razılıq əldə olunub.
Anlaşmaya əsasən Xavi 2026-cı ilin yayına qədər Kataloniya klubunun baş məşqçisi olacaq.
Qeyd edək ki, Xavi hələ mövsümün gedişində çempionat başa çatan kimi klubdan gedəcəyini açıqlamışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media