AZ

Bu il tələbə transferləri yeni qaydalarla aparılacaq – RƏSMİ 

“Tələbə həqiqətən səhv etdiyinə əmindirsə, seçimini düzəltmək üçün şans verilir və bunun özü yaxşı haldır. Bu il də yay aylarında transferlər olacaq və yeni qaydalarla aparılacaq. Bizim üçün həm maraqlı, həm də çətin il olacaq. Çünki ilk dəfədir ki, prosesi universitetlərin öhdəliyinə buraxmışıq. Prosesdə həm tələbəni ötürən, həm də qəbul edən tərəf iştirak edəcək. Biz isə daha çox müşahidəçi və tənzimləyici rolda çıxış edəcəyik”.

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

O, qeyd edib ki, universitetlərdə hansı ixtisasların tədris edilib-edilməməsi istiqamətdə hazırda proses gedir:

“Müəllimlik ixtisasları üzrə proqram akkreditasiyası üçün göstəricilərdən biri də məhz sertifikasiya imtahanlarıdır. Bu çox önəmli məsələdir. Bəzi hallarda bizim müəssisələrimiz diplom verirlər və nəticə etibarilə görünür ki, diplom sahibinin kifayət qədər biliyi yoxdur. Sonra həmin adam iş tapmayanda, məyus olur, stres keçirir və məlum olur ki, istədiyi peşəyə sahib ola bilməyib. Bəzi hallarda gənclər də seçimlərini düzgün etmirlər və sistem də elə qurulub ki, haradasa səhv buraxanda həmin an düzəldə bilmirlər. Lakin bu səhvi düzəltmək üçün transfer sistemi var və ildə bir dəfə açılır”. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
50
bizim.media

10Mənbələr