AZ

Gömrük rəsmiləşdirilməsi prosesinin asanlaşması ilə bağlı yeni PORTAL yaradılır – RƏSMİ 

“İdxal-ixrac portalını yaratmağa çalışırıq. Gömrüklə bərabər digər orqanları da bu platformada birləşdirmək istəyirik".

Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov keçiirdiyi forumda səsləndirib. 

O bildirib ki, artıq müxtəlif nazirliklərlə bu barədə razılıq əldə olunub:

"İcazələr bir portalda ola bilər. Gömrük rəsmiləşdirilməsi daha asan proses olacaq. Bu, bizim qarşımızda duran ən vacib hədəflərdən biridir. Bununla da biz biləcəyik ki, hansı halda, hansı məhsul sərhəddən keçməyib. Bunu ölçə bilən mexanizm olacaq. Səbəb məlum olacaq".

Məhərrəm Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
391
3
bizim.media

10Mənbələr