EN

Rus ordusundan sıçrayış: Müqavimətsiz ələ keçirdilər

Rusiya ordusu 3600 nəfərin yaşadığı Donetsk vilayətinin Oçeretnı qəsəbəsini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Nəşr yazır ki, aylarla davam edən şiddətli döyüşlərdən sonra Rusiya Silahlı Qüvvələrinin bölmələri faktiki olaraq heç bir ciddi müqavimətlə qarşılaşmadan son 48 saat ərzində qəsəbəyə daxil ola bilib.

“Rusiya ordusunun uğurunun səbəbi Ukrayna Silahlı Qüvvələrinin bu ərazidə müdafiəni saxlayan hərbçilərinin geri çəkilməyə məcbur olmasıdır””, - məlumatda deyilir.

Oçeretnı Donetsk vilayətinin Ukrayna ordusunun nəzarətində qalan sonuncu şəhərlərinə aparan strateji əhəmiyyətli dəmir yolunun üzərində yerləşir. Ukraynanın Rusiyanın hücumunu necə dayandırmaq niyyətində olduğu hələ də aydın deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
38
Sources
Comment ()
Close