AZ

Rusiya ordusu Ukraynada daha 1520 hərbçisini itirib

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı 1520 hərbçisi həlak olub.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilir ki, bununla da Rusiyanın Ukraynadakı itkilərinin sayı 488 min 460 nəfərə yüksəlib.


Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 19 tank, 27 artilleriya sistemi və 30 zirehli döyüş maşınını məhv edib.

 


Daşqın Həsənov
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
15
missiya.az

10Mənbələr