AZ

Rusiya ordusu Ukraynada daha 1160 hərbçisini itirib

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı 1160 hərbçisi həlak olub.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilir ki, bununla da Rusiyanın Ukraynadakı itkilərinin sayı 476 min 460 nəfərə yüksəlib.


Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 25 tank, 37 artilleriya sistemi və 14 zirehli döyüş maşınını məhv edib.



Daşqın Həsənov
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
239
12
Mənbələr
Şərh ()
Bağla