EN

Vaşinqton və Brüssel Ermənistanı qurtarmaq istəyirsə...

ABŞ dövlət katibi Entoni Blinken prezident İlham Əliyevlə telefon söhbətində dövlət başçısını inandırmağa çalışıb ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüş Azərbaycan əleyhinə deyil.

Herbiand.az xəbər verir ki, bu fikirlər politoloq Elxan Şahinoğluna məxsusdr. O hüsab edir ki, ABŞ dövlət katibunun açıqlamasına inansaq əsas müzakirə mövzusu iqtisadi dəstək olacaq:

"Blinken görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini bildirib. Əgər Blinkenin söylədiyi kimidirsə, yəni mövzu təhlükəsizlik təminatı deyil iqtisadi dəstək olacaqsa, bu halda Vaşinqton Brüssellə birgə Ermənistanı Rusiyanın iqtisadi asılığından qurtarmaq istəyir. Paşinyanın da tələbi elə budur ki, Ermənistanın Rusiyadan ipləri qoparması üçün Vaşinqton və Brüssel İrəvana maliyyə dəstəyi verməlidir. Ancaq bunun reallaşması mexanimzi necə olacaq? Ermənistana bir neçə milyard dollar və ya avro ayıra bilərlər. Ancaq bu Ermənistanın iqtisadi problemlərinin həlli demək olmayacaq. Rusiya Ermənistana qaz nəqlini kəsərsə, ABŞ və Avropa İttifaqı bu problemi necə həll edəcək? Və ya Avropa öz bazarlarını Ermənistanın kənd təsərrüfatı məhsullarına açmağa hazırdırmı? Çətin. Ermənistan məhsullarının əsas hissəsi Rusiya bazarlarında satılır. Vaşinqton və Brüssel Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarmaq istəyirlərsə Paşinyana Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çağırmalıdır. Digər alternativlər Ermənistanı xilas etməyəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
268
3
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22815
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14371
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12812
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11301
Helikopterin qalıqları tapılıb
8600
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7906
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6878
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6642
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5120
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4373
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3721
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3517
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3007
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2771
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1596
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1340
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1324