Fədayə Laçında xəstəlik AŞKARLANDI

Xəbərin çap versiyası
Tarix: 13-12-2017, 14:38
Fədayə Laçında xəstəlik


Fədayə Laçın Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

SİVİL.AZ
xəbər verir ki, bu barədə Trend-ə vəkil Türkel Süleymanlı deyib.

O bildirib ki, F. Laçın "Hepatit C" xəstəsidir: "Onun təcridxanada qalması səhhətinə pis təsir edir, həbsdə qalması təhlükəlidir. Ona görə də apellyasiya şikayəti verəcəyik. Əgər şikayətimiz təmin edilməsə, Fədayə xanımın müalicə müəssisəsinə köçürülməsi barədə müraciət edəcəyik. Fədayə Laçın istintaqa özü gəlib və saxlanılıb. O, nə istintaqdan yayınıb, nə də istintaqa təsir edə bilər".

Qeyd edək ki, bu gün Nəsimi Rayon Məhkəməsində Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz