AZ

“Traktor” 1/4 finala penaltilərlə vəsiqə qazandı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran Kubokunun 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu bu gün sözügedən turnirin 1/8 final mərhələsi çərçivəsində “Zobahan”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” 46-cı dəqiqədə hesabı açsalar da, 61-ci dəqiqədə qonaqlar bərabərlik qolunu vurublar. Əsas vaxtın qalan dəqiqələrində və əlavə vaxtda hesab dəyişməyib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Təbrizlilər 11 metrlik zərbələri daha dəqiq yerinə yetirməklə 1/4 finala vəsiqə qazanıblar – 3:1.

Xatırladaq ki, bu mövsüm keçirdiyi İran çempionatında keçirdiyi 24 oyunda 12 qələbə qazanmış “Traktor” 4 heç-heçə edib, 8 görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər hazırda 40 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıblar.

Cənubi Azərbaycan təmsilçisi çempionatdakı növbəti matçını mayın 1-də evdə lider “İstiqlal”a qarşı keçirəcək.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla