AZ

Arda La Liqada ilk dəfə "11-lik"də meydana çıxdı, qol vurdu

style='margin-bottom:10px;'>

"Real"ın futbolçusu Arda Güler ilk dəfə La Liqada Madrid təmsilçisinin start heyətində meydana çıxıb.

QOL.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi 33-cü turda "Real Sosyedad"la matçında iştirak edib. O, 29-cu dəqiqədə fərqlənərək hesabı açıb.

Bu, Ardanın "Real"da 2-ci qoludur. 

Arda Güler ötən ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, aldığı ardıcıl zədələr səbəbindən yalnız bu qış komandada debüt edə bilib. Futbolçu komandada cəmi 8 oyun keçirib. Güler bu görüşlərin əksəriyyətində ehtiyatdan meydana çıxıb. 

Seçilən
77
4
Mənbələr
Şərh ()
Bağla