AZ

Döyüş meydanında vəziyyət sürətlə dəyişir...

...ABŞ Ukraynada dəyişən şərtlərlə əlaqədar olaraq, “Abrams” tanklarının istifadəsinin döyüş meydanına uyğunlaşdırılmasını müzakirə edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Çarlz Braunun Ramşteyn formatında keçirilən görüşün yekunlarına dair bəyanatına istinadən bildirib.

O, müttəfiqlərin Ukraynadakı münaqişəyə uyğunlaşdığını vurğulayıb. Və müharibənin xarakterini nəzərə alaraq, müxtəlif silah sistemlərindən istifadə etməyin lazım olduğuna diqqət çəkib.

...Biz digər hərbi liderlərlə Ukraynada daim dəyişən döyüş meydanı şəraitinə necə tez uyğunlaşa biləcəyimizi müzakirə edirik.

Bunu da Braun əlavə edib.

Xatırladaq ki, bu gün, aprelin 26-da Associated Press agentliyi Ukraynanın ABŞ-ın verdiyi “Abrams” tanklarını guya cəbhə xəttindən çıxardığını bildirib.

Yeri gəlmişkən, Rusiya ordusunun kəşfiyyat və hücum pilotsuz uçan aparatlarından uğurla istifadə etməsi nəticəsində Ukrayna tank bölmələri ağır itki verib və 31 “Abrams”dan beşini itirib.

Ağasəf Babayev

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla