"Sülhməramlılar"Pyotrın nəvələridir

Yox əzizim həmvətənlər, bu dad o dad deyil. Bu dad siyasətdir. Əsrlər boyunca Azərbaycan xalqına qarşı yürüdülən "imperyalizm siyasəti". Dadı heç də xoşagələn deyil, zəhərdir. O zəhər ki, hələ də damarlarımızda dolanır. Deyəcəksiniz nədir bu aqressiya? Sözün açığı bilmirəm hansı tarixdən başlayım. Pyotrdanmı? Lenindənmi? Stalindənmi? 


Müstəmləkə dövrü ərzində əlbəttə yaxşı işlər də görüldü. 


Ayna kimi parlaq, gözəl ideyalara bir də siyasi prizmadan baxsaq, hər şey öz şəffaflığını itirir. 


Axı, təhsilə önəm verilirdi. Əlbəttə, verilməli idi. Hər bir yeniyetmə "proletar" yetişməli idi. Onu oxumalı, onu dinləməli, ondan danışmalı və yalnızca ona rəğbət bəsləməli idi. Ən sadə şəkildə bu cür ifadə etmək mümkündür. "Əgər sizdən başqa biri daimi şəkildə sadəcə onun seçdiyi kitabları oxumanızı, istədiyi musiqini dinləmənizi, dünya görüşünü sadəcə onun sərhəddlərinə qədər genişləndirmənizi istəsə, nə edərsiniz?" Heç kim bu şəraitdə yaşamaq istəməz. Ancaq bu böyük güclər tərəfindən ilmək-ilmək, hiss etməyəcəyimiz şəkildə bizə qəbul etdiriləndə, özümüzdən, milli- mənəvi dəyərlərdən nə qədər uzaqlaşdığımızın fərqinə varmırıq. Digər işğalçı qüvvələrdən fərqli olaraq bu sistem sadəcə təbiii sərvətləri deyil, milli- mənəvi sərvətləri də talayır, məhv edir.  Axı  həm də cəhalət qüvvədir.


Bunları düşünəndə ağlıma mərhum sənətkar Yaşar Nurinin rol aldığı bir səhnəcik gəlir.  Səhnəcikdə rol alam həkimlər   nəinki, bu şəxsiyyətlərin qarşısında hətta heykəllərinin önündə belə o qədər əl çalır ki , axırda ürəyi gedir


Bizdən də bu istənirdi.  Huşumuzu itirməyimiz real hadisədir. Addımbaşı qarşısınıza çıxan, hər fürsətdə "savetin dövründə belə şey yoxuydu" deyən həmvətənlər buna əyani sübutdur. Bu insanlara qatılıram. Bəli, Sovetin dövründə nəinki bu və ya digər şey heç nə yox idi. Əsas da inkişaf.


Hələ o dövrdə Azərbaycan incəsənətinin yüksəlişini də SSRİ ilə əlaqələndirməkləri olmaya. Çünki həmin dövrdə bütün dünyada incəsənət intibah dövrünü yaşayırdı.


Bir hökümət düşünün adı "fəhlə- kəndli" hökümətidir. Nəyə görə "ziyalı" höküməti yox? Təhsilsiz və çoxluq təşkil edən sinifin rəğbətini qazanmaq üçün sadə həyat şərtlərini təmin etməyiniz yetərlidir. Ziyalı təbəqə isə demokratiya və inkişaf istəyir. Azadlıq istəyir... 


Müstəmləkə şəraitində yaşayan Azərbaycanın ziyalısına isə torbadan güllələnmək və ya sürgün çıxırdı.  Səhərdən axşama qədər, əkinçilik maldarlıqla məşğul olan insanların Bakıdan xəbəri var idimi? Bilmirəm..


Azərbaycan müstəmləkə olduqdan sonra  dövlət dili türk dili yox, "Azərbaycan dili",  xalqın adı türk xalqı yox "Azərbaycan xalqı" elan edilmişdi. Nəyə görə Ermənistan və Gürcüstanda insanlarım soyad sonluğu dəyişməsə də, türkdilli xalqlarda bunun üzərində xüsusi olaraq dayanılırdı? Bütün bunlar qulağa sadə gəlsə də, ən başda SSRİ-nin başqa bir xalqa qarşı etdiyi, öz siyasətini, milli şüurunu yeritmə istəyi idi. Məncə, bunu bacardılar. Pyotrdan indiyənə qədər imperyalizmin adı dəyişsə də, bizə qarşı yürüdülən siyasətləri heç zaman dəyişmədi. Bir məmləkət ziyalısız qala bilməz, kor olar. Xalqın müqəddaratı üçün əlindən gələni edən, mətbuat quran, qızları oxudan, milləti qəflət yuxusundan oyatmağa çalışan hər bir azərbaycanlı həmin siyasətin qurbanına çevrildi. 


İndi isə, Pyotrın nəvələri "sülhməramlı" cildinə girib, başımıza dolanır.  Hər gün yeni bir xəbər alırıq. Gah ermənilərə təlim keçirlər, gah yardım edirlər, gah birlikdə tort dilimləyirlər. Bilirik, o tortun dadı o qədər şirin olur ki, sonradan burunlarından gəldiyinin fərqinə belə varmırlar. Ancaq Azərbaycan, həmin Azərbaycan deyil. Gəncliyi də daha bilinclidir. İstənilən cildə girsələr belə, biz həqiqəti görə bilirik. Axı, Böyük İmperiya bizi izləyir.... 


Əfsanə Kamal

Mənbə:
0
163
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar