AZ

Latviya deputatı azərbaycanlı tələbələrlə görüşdü - FOTOLAR

Ötən gün Latviya Seyminin deputatı Amil Səlimov azərbaycanlı tələbələrlə görüşüb. 

 

Modern.az xəbər verir ki, o, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr üçün parlament binasına ekskursiya təşkil edib. 


Ekskursiyanı təşkil etməkdə məqsəd azərbaycanlı tələbələri Latviya parlamenti və oradakı iş prosesi ilə tanış etməkdir.

 

Ekskursiyadan sonra tələbələrlə gökeçirib və onların suallarını cavablandırıb. Deputat söz verib ki, azərbaycanlı tələbələrə Latviyada təhsil almaq üçün hər zaman dəstək olacaq. 

 

Toplantının sonunda Amil Səlimov təmsil etdiyi “Sabitlik” partiyası adından tələbələrə hədiyyələr verib. Azərbaycanlı tələbələr deputata təşəkkür ediblər. 

 

Qeyd edək ki, Hər iki valideyni azərbaycanlı olan soydaşımız Amil Səlimov 1985-ci ildə anadan olub. O, ötən ay Latviya parlamentinə deputat seçilib. Amil Səlimov “Sabitlik!” siyasi partiyasını təmsil edir. O, həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisi olub.

 

Könül Fətullayeva

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla