AZ

Futbolçu arvadına qarşı zorakılıqda ittiham olunur

“Qoritsa” klubunun təcrübəli hücumçusu Tim Matavj həyat yoldaşı Polona Faqanelə qarşı məişət zorakılığında ittiham olunur.

Lent.az xarici mediaya istinadla bildirir ki, qadın xüsusilə, sloveniyalı forvardı aprelin 9-da Sloveniyadakı evlərində ona fiziki hücumda, təhdid və təhqirlərdə ittiham edib.

Matavjın məişət zorakılığında ittiham edildiyini nəzərə alsaq, Sloveniya qanunlarına görə, onu 5 ilə qədər həbs gözləyir.

Vəkil bu işlə bağlı açıqlama vermək istəməsə də, futbolçu ilə həyat yoldaşı Polona arasında boşanma prosesinin davam etdiyini bildirib.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla