Sabiq "Neftçi"li yeni təyinatı ilə bağlı "Sportinfo"ya danışdı

Xəbər verdiyimiz kimi, dünən AFFA-nın İcraiyyə Komitəsinin baş tutan iclasında aşağı yaş milli komandalarına yeni baş məşqçi təyinatları gerçəkləşdi.

Təyinatlar arasında "Neftçi"nin sabiq çalışdırıcısı Füzuli Məmmədovun da adı vardı.

Belə ki, gənc mütəxəssis bundan sonra U-15/U-16 yaş milli komandalarımızı çalışdıracaq.

47 yaşlı mütəxəssis təyinatı ilə bağlı fikirlərini Sportinfo.az-la bölüşüb:

"Təyinatın baş tutmasından bir neçə gün əvvəl rəhbərliklə müzakirəmiz olmuşdu. Amma ondan qabaq həm xəbərim yox idi, həm də belə bir təyinatı gözləmirdim. Çox xoş oldu ki, mənə etimad göstərdilər. Buna görə hər kəsə "çox sağ ol" deyirəm. Ümid edirəm ki, göstərilən etimadı doğruldacam".

Məmmədov belə yaş qrupları ilə işləmək təcrübəsinə sahib olduğu üçün, ona burada işləməyin rahat olacağı fikrindədir: "Hər zaman olduğu kimi iddialı və ambisiyalıyam. Bütün aşağı yaş komandalarda medal qazanmağı bacarmışam. Burada da mənə inananların inamını doğruldacam.

Milli komandaya kimi aşağı yaş qruplarında çox işləmişəm. Yetəri qədər təcrübəm var. Uşaqlarla işləməyi bacarıram.

Baxmayaraq ki, son zamanlar əsas komandada çalışmışam. Ancaq ümumi olaraq aşağı yaş komandalarda işləyərək buralara gəlmişəm.

Məqsədim əsas milli komanda üçün uşaqların təməlini qoymaqdır. Əsas istəyim ölkəmizdə nə qədər istedadlı uşaqlar varsa, axtarıb hamısını üzə çıxarmaqdır".

Mənbə:
0
145
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar