AZ

Juninyo – Avropanın ən yaxşı braziliyalısı

“Qarabağ”ın hücumçusu Juninyo Olavio 2023-2024 mövsümündə ölkə çempionatlarının ən məhsuldar braziliyalıları sırasındadır.

Futbolinfo.az saytının məlumatına görə, 27 yaşlı futbolçu qol sayında planetdə yalnız 4 həmyerlisindən geri qalır.

Juninyo cari mövsüm Premyer Liqada meydana çıxdığı 30 oyunda ümumilikdə 17 dəfə fərqlənib. Maraqlıdır ki, o, karyerasını Avropada davam etdirən “sambaçılar” arasında ən yaxşı göstəriciyə malik oyunçudur. Onu yalnız digər qitələrdə çıxış edən futbolçular qabaqlayırlar.

Cədvələ İndoneziyanın “Persib” klubunun formasını geyinən David da Silva başçılıq edir. 34 yaşlı forvard aktivinə 26 qol yazdırıb. Lukas dos Santos (“Manaqua”, Nikaraqua) 22, Aleks (“Deva”, İndoneziya) 21, Roje Qedeş (“Əl-Rayyan”, Qətər) isə 18 qola imza atıblar.

Avropada Juninyonu 16 qolla vaxtilə “Neftçi”də çıxış etmiş, hazırda isə Serbiya “Partizan”ının formasını geyinən Mateus Saldanya izləyir.

Qeyd edək ki, bu mövsüm ölkə çempionatlarında ən çox qol vuran futbolçu “Bayern”in forvardı Harri Keyndir. İngiltərə millisinin üzvü Almaniya Bundesliqasında rəqib qapılarına 33 dəfə yol tapıb.

Seçilən
73
1
Mənbələr
Şərh ()
Bağla