AZ

Yəhudi qızın portreti 30 milyon avroya satılıb - Fotolar

Yəhudi

Avstriya rəssamı Qustav Klimtin 100 ildir ki, itkin olduğu düşünülən və nəhayət bir müddət öncə üzə çıxan tablosunu böyük sirlərlə əhatə olunan sənət əsəri hesab edirlər.

Reyting.az
-ın məlumatına görə, "Spiegel" nəşrinin yaydığı xəbərdə deyilir ki, 100 ilə yaxındır itdiyi güman edilən və avstriyalı rəssam Qustav Klimtin müəllifi olduğu "Fraulein Lieserin portreti" Vyana şəhərində Im Kinski hərracında 30 milyon avroya satılıb. Hərrac bu tablo satışından əldə edilmiş qazancın müəyyən hissəsini 1917-ci ildə portreti sifariş edən yəhudi ailəsinin nəsillərinə verəcək.


"Fraulein Lieserin portreti"

Xatırladaq ki, rəsm əsəri sonuncu dəfə 1925-ci ildə sərgiyə çıxarılıb və o vaxtdan uzun zaman keçsə də, heç kim bu portreti görməyib. Lakin 2024-cü ilin yanvar ayında portret gözlənilmədən tapılaraq hərraca çıxarılıb. Bununla belə, məlum şəklin sirri hələ də qalmaqdadır. Bu rəsmin necə yoxa çıxdığı və Holokost zamanı nə baş verdiyi, onun hansı şəraitdə tapıldığı hələ də açıqlanmır.

Bununla belə, başqa bir sirrin də olduğu deyilir: portretdə, əslində tam olaraq kimin təsvir olunduğu hələ də aydın deyil. Bir versiyaya görə bu, böyük sənayeçi və iş adamı kimi tanınmış Adolf Lieserin qızı Marqareta Lieserdir. Digər bir versiyaya görə isə rəssam Qustav Klimtin portretdə təsvir etdiyi qız Adolf Lieserin qızı yox, iş adamının qardaşı, iki qız atası Yustusun qızlarından biridir. Bəziləri isə düşünür ki, bu ehtimal daha çox həqiqətə bənzəyir, hətta bu fikri dəstəkləyib, onun tam həqiqət olduğunu hesab edənlər də var, çünki Yustusun həyat yoldaşı Henrietta (o Auşvitsdə vəfat edib) Klimtlə yaxın tanış olub və onun sənətinin hamisinə çevrilib.

Yustus və Henriettanın qızları Helena və Ennie Holokostdan sağ çıxıblar, ancaq onların bu portret haqqında heç bir dəlili olmayıb.
"Pərəstişkarlı xanım"

Onu da qeyd edək ki, keçən il "Sothebys" hərrac evi avstriyalı rəssam Qustav Klimtin daha bir portretini, "Pərəstişkarlı xanım" adı ilə tanınan əsərini 99,3 milyon avroya satıb. Bu rəsmin satışı da öz reytinqi ilə böyük hay-küyə səbəb olmuş, Avropada indiyə qədər satılan ən bahalı sənət əsəri olduğu bildirilmişdi.

Oqtay QORÇU
Seçilən
103
Mənbələr
Şərh ()
Bağla