• Şikayət et

“Sabah”ın çalışdırıcısı ona görə narahatdır – Nə atası, nə də anası var

“Sabah”ın baş məşqçisi Murad Musayev vaxtilə “Krasnodar”da rəhbərliyi altında oynamış İvan İqnatev haqda danışıb.

Adıçəkilən yarımmüdafiəçi hazırda “Rubin”də çıxış edir, amma “Krılya Sovetov”a keçə bilər. O, İqnatevə görə narahat olduğunu deyib:

“Onunla birgə xeyli hadisələrə şahidlik etdik. Həm yaxşı, həm də pis. Biz dəfələrlə ciddi söhbət etmişik. Ona görə həqiqətən narahatam.

İvan həyatda təkdir, nə atası var, nə də anası var. Ünsiyyəti normalıdır, hörmətin nə olduğunu bilir,

Musayev üçün meydanda ölməyə hazır olduğunu deyirdi və bunu edirdi. Amma onun ətrafını heç vaxt bəyənməmişəm.

Əgər diqqətini idmana cəmləsə, başını işə salsa, karyerasına yenidən başlaya bilər. Futboldankənar bütün işləri keçmişdə qoymaq lazımdır”.

SPORTİNFO.AZ

Mənbə:
0
131
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar