AZ

“Trabzonspor”un futbolçusu: “Messidən daha yaxşı sayılıram”

“Bu cür qarşılaşdırmalar ediləndə özümü çox yaxşı hiss edirəm. Dünyanın ən yaxşılarından biri ilə müqayisə olunmaq qürurvericidir”.

İdman.biz xəbər verir ki, bunu “Trabzonspor”un şimali makedoniyalı futbolçusu Enis Bardi deyib.

28 yaşlı yarımmüdafiəçi “Levante”də oynadığı vaxtlar argentinalı ulduz Lionel Messi ilə oyunlarını xatırlayıb. O bildirib ki, cərimə zərbələrindən vurulan qollarda onu qabaqlamağa yaxın olub: “Barselona"da oynadığı vaxt Messidən daha yaxşı oyunlar keçirmişəm. Çünki mən 25 cərimə zərbəsindən 7, o isə 52 cərimə zərbəsindən 8 qol vurmuşdu. Buna uyğun müqayisə aparsaq, Messidən daha yaxşı sayılıram. Həmin vaxt cəmi 22 yaşım var idi. Bu hal məndə böyük özünəinam yaratmışdı. Keçmişi xatırladıqda olanlar ilə qürurlanıram”.

Qeyd edək ki, Bardi bu mövsüm “Trabzonspor”un heyətində meydana çıxdığı 30 matçda 5 qol, 4 asistlə yadda qalıb.

İdman.biz

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla