AZ

"Uduzanda da kişi kimi uduzmuşuq" - Baş məşqçidən SƏRT REAKSİYA!

Birinci Liqa təmsilçisi “Araz Saatlı”nın baş məşqçisi Rüfət Quliyev Sportinfo.az-a açıqlama verib.

O, aşağı liqa klubları ətrafında oyun alveri ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirib:

“Bəli, bir neçə nəfər futboldan uzaqlaşdırıldı. Yaxşı hal deyil.

Bu, tək birinci liqaya yox, Azərbaycan adına pis hallardı. Mən əminliklə deyə bilərəm ki, həmin söz-söhbətlərin içində "Araz Saatlı" yoxdur.

Aidiyyəti qurumlar, hüquq-mühafizə orqanları bizdən yaxşı araşdırıb günahkarları ortaya çıxarırlar. Çünki bu ləkələr mütləq silinməlidir.

Futbol azarkeşlər üçündür. Azarkeşlər də belə şeyləri görmək, eşitmək istəmir”.

Quliyev zaman-zaman baş məşqçisi olduğu klubun ətrafında xoşagəlməz söhbətlər səsləndirilməsini isə belə şərh edib:

“Başqa əməllərə bizim komandada yer yoxdur. Uduzanda da kişi kimi uduzmuşuq.

Başqa əməllərə əl atmarıq. Bu həyatda bir nəfər tapıla bilməz ki, desin, Rüfət hansısa oyunda mənə kömək edib. Və ya kimdənsə nəsə kömək istəyim olmayıb.

Bizim həmin söz-söhbətdə əlimiz yoxdur. Uduzduğumuz oyunları da futbolçu səviyyəsinin aşağı olmasına, bəxtsizliyə görə olub.

Bilirəm, xüusilə “İrəvan” üzərində qazandığımız parlaq qəlbədən (4:0) sonra ortaya belə söhbətlər atılmışdı. Açığı, həmin oyunda rəqib futbolçularda hansısa şübhəli məqam görmədim.

Uşaqlarımız üstün oynadılar. "Mingəçevir" üzərində yaxşı qələbə ilə səfərə getmişdik.

Motivasiya yüksək idi. Bəlkə də bizi asanlıqla məğlub edəcəklərini düşündülər.

Amma futbol belə şeyləri sevmir. Burada asan rəqib yoxdur. Şəxsən özüm tərəfdarıyam ki, araşdırma aparılsın.

Klub olaraq biz də istənilən dəstəyi verməyə hazırıq. Amma hazırda bizim kluba araşdırma ilə bağlı hər hansı müraciət olmayıb".

XANOĞLAN

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla