• Şikayət et

İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb

İsmayıllıda qanunsuz silah saxlayan şəxs aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qalınçaq kənd sakini Cəsarət Hüseynovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Mənbə:
0
94
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar