AZ

Bayden-Ərdoğan görüşünün tarixi bəlli oldu - Nələr müzakirə olunacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə görüşəcək.

Bakupost.az xəbər verir ki, Ərdoğan onu müşayiət edən nümayəndə heyəti ilə may ayında ABŞ-yə rəsmi səfər edəcək.

Səfər çərçivəsində Ərdoğanı Ağ Evdə Bayden qonaq edəcək. Onlar bir çox ikitərəfli və qlobal məsələləri dəyərləndirəcəklər.

Planlaşdırılan sammitlə bağlı Bloomberg görüşün tarixini açıqlayıb..

Xəbərdə görüşün tarixinin mayın 9-u olduğu bildirilib.

Prezident Ərdoğanın səfərinin İsrailin Qəzzaya hücumları ilə yanaşı İran-İsrail gərginliyinin yaşandığı bir vaxtda baş tutacağı qeyd edilib.

Türkiyə-ABŞ əlaqələrinin bütün aspektlərinin müzakirə olunacağı görüşdə regional və qlobal məsələlərin də dəyərləndirilməsi gözlənilir.

İqtisadi münasibətlərdə mövcud vəziyyətin liderlər tərəfindən müzakirə ediləcəyi nəzərdə tutulur.


Elnur
BakuPost

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla