AZ

Nazir müavini: Kənd Təsərrüfatı Nazirliyində zərərli tullantıların azaldılması üçün xüsusi komissiya yaradılıb

Bakı, 15 may, AZƏRTAC

Enerji sektorundan sonra atmosferə zərərli qazlar buraxan ikinci sahə kənd təsərrüfatı sahəsidir və bu tullantıların azaldılması üçün Azərbaycanda strateji tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov “Dayanıqlı kənd təsərrüfatının inkişafı iqlim dəyişikliklərində” mövzusunda keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, hər il dünyada atmosferə 60 milyon ton zəhərli qaz buraxılır və bunun 8 faizi kənd təsərrüfatı sektorunun payına düşür.

“Əkin sahələrində çalışan traktorlar dizel yanacağı ilə işlədiklərinə görə korbon qazı ixracı daha çox olur. Buna görə də Azərbaycanda, xüsusilə işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı sahəsi yeni texnologiyaların tətbiqi ilə inkişaf etdirilir. Bunu üçün Kənd Təsərrüfatı Nazirliyində xüsusi komissiya yaradılıb və iqlimin kənd təsərrüfatına, eləcə də kənd təsərrüfatının atmosferə vurduğu zərər qiymətləndirilir. Komissiya havanın çirkləndirilməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirir”, - deyə

S. Cəfərov dünyada yaranan su probleminə toxunaraq nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Şirvan” və “Qarabağ” kanalları təmizlənib və əlavə 3 min hektar ərazinin suvarılması imkanı yaranıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
50
azertag.az

10Mənbələr