AZ

Azərbaycanda aqroşəhərciklər dövrü başlayır- "aqrar şəhər" anlayışı nədir…

Image

Elşad Məmmədli: “Belarusla əməkdaşlıq sırf kənd təsərrüfatının emal sektoru ilə bağlı olarsa, bu,  Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə müsbət təsir göstərəcək”

“Kənd təsərrüfatında cins mal-qara, hər şeydən əvvəl, süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün tədarüklə bağlı böyük proqramlarımız var. Biz bu mal-qaranı sizə tədarük edəcəyik”. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

Qeyd edib ki, azad edilən  ərazilərdə, xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırdır.

“Belarus Azərbaycanla qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq işlərinin həyata keçirilməsində aktiv şəkildə iştirak edə bilər” 

Işğaldan azad edilən ərazilərdə aqrar şəhərciklərin yaradılması barədə fikir bildirən iqtisadçı alim Elşad Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Belarus Azərbaycanla qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq işlərinin həyata keçirilməsində aktiv şəkildə iştirak edə bilər: “Nəzərə almaq lazımdır ki, Belarus həm sənaye, həm də kənd təsərrüfatının inkişafı baxımından öndə gedən bir ölkədir. Qeyd edilən ölkədə aqrar sənaye günü-gündən inkişaf edir. Belarusun aqrar sənayesi kifayət qədər rəqabət qabiliyyətli və yüksək səviyyədədir. Belarusda kənd təsərrüfatı sektoru ilə bağlı texnologiyaların işğaldan azad edilən ərazilərə idxal edilməsi ölkə iqtisadiyyatına müsbət təsir edəcək. Onu da nəzərə almaq lazımdır ki, işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı sektorunun inkişafında Belarusun önəmli rolu ola bilər. Həmin ərazilərdə istehsal olunan aqrar təsərrüfat məhsulları həm ölkədaxili istehlak bazarının təminatında, həm də ixracatın şaxələndirilməsində önəmli rol oynaya biləcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Belarusla əməkdaşlıq sırf kənd təsərrüfatının emal sektoru ilə bağlı olarsa, bu, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə müsbət təsir göstərəcək. Eyni zamanda, yüksək əməkhaqqı tutumlu iş yerləri yaradılacaq.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
50
baki-xeber.com

10Mənbələr