AZ

Azərbaycanda atmosferə buraxılan tullantıların 12,8 faizi kənd təsərrüfatı sektorunun payına düşür - Nazirlik

Bakı. Trend:

Azərbaycanda atmosferə buraxılan tullantıların 12,8 faizi kəndtəsərrüfatı sektorunun payına düşür.

Trend xəbərverir ki, bu barədə bu gün Kənd Təsərrüfatı Nazirliyinin aparatrəhbəri Azad Cəfərli "Ambisiyaların artırılması və fəaliyyətətəkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

"Bu, atmosferə buraxılan 62,4 milyon ton tullantının 8 milyontonu deməkdir", - o deyib.

N.Cəfərli qeyd edib ki, Azərbaycanda digər sektorlarla yanaşı,kənd təsərrüfatı sektoru da iqlim dəyişmələrinin nəticələri iləəlaqədar olaraq mühüm risklərlə üzləşə bilər.

O əlavə edib ki, iqlim dəyişikliyi kənd təsərrüfatına təsirgöstərir, lakin kənd təsərrüfatı da öz növbəsində iqlimə təsiredir.

"Bundan başqa, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiriproblemləri də ölkəmiz üçün aktualdır. Qeyd etmək lazımdır ki,ölkəmizdə 1,5 milyon hektara yaxın suvarılan torpaq sahəsi var vəkənd təsərrüfatında müasir suvarma sistemlərinin istifadəsi təşviqolunur", - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
50
az.trend.az

10Mənbələr