AZ

Nazir: Aqrar islahatlar Azərbaycanda kənd təsərrüfatının inkişafını gücləndirir

Azərbaycanda həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının inkişafını gücləndirir və bu məqsədlə dövlət tərəfindən əhəmiyyətli dəstək tədbirləri həyata keçirilir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, fermerlərin kənd təsərrüfatı alətlərinə əlçatanlığı təmin edilir, o cümlədən aqrar sığortanın tətbiq dairəsi genişləndirilir.

Nazir deyib ki, kənd təsərrüfatının inkişaf etdirilməsi artıq yalnız texnika və texnologiyaların tətbiqi ilə deyil, həmçinin iqlim dəyişikliklərinin yan təsirlərinə qarşı önləyici tədbirlərin görülməsi ilə mümkündür: “Kənd Təsərrüfatı Nazirliyi olaraq iqlim dəyişkliyinin təsirlərini minimuma endirmək və fəaliyyətin təşkilində iqlim risklərinin qiymətləndirilməsi istiqamətində təşəbbüslər irəli sürülürİnanıram ki, sərgi zamanı bu istiqamətdə təşkil olunacaq müzakirələr kənd təsərrüfatının dayanıqlı inkişafına zəmin yaradacaq. Ölkəmizdə bütün sahələrdə innovasiyaların tətbiqi, innovativ texnikalardan geniş istifadə dövlət səviyyəsində dəstəklənir, müasir həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Əminəm ki, fermerlərimiz sərginin yaratdığı bu imkanlardan geniş yararlanaraq innovativ kənd təsərrüfatı texnikalarından, müasir suvarma sistemləri, dəqiq kənd təsərrüfatı həlləri və düzgün aqrotexniki qulluq vasitələrindən geniş istifadə etməklə Azərbaycanda aqrar sahənin davamlı inkişafına öz töfhəsini vermiş olacaq".

M.Məmmədov deyib ki, bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinə ev sahibliyi edəcək:" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü il "Yaşıl dünya naminə həmrəylik" ili elan olunub və bu il keçirilən sərgimizdə ətraf mühitin qorunması, yaşıl enerji, resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə daha çox yer ayrılıb".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
ikisahil.az

10Mənbələr