AZ

Tanınmış musiqiçi, "xarici agent" Andrey Makareviçə qarşı cinayət işi hazırlanır

 
"Telefon dələduzları Vovan və Leksus Makareviçə Zelenskinin zəng etdiyinə inandırıb və musiqiçi "onunla" ləyaqətlə danışıb..."
 
Xarici agent fəaliyyəti qaydalarının pozulmasına görə Rusiyada israilli Andrey Makareviçə qarşı cinayət işi açıla və o, iki il müddətinə həbs oluna bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.
 
"Bugünə olan vəziyyətə görə Makareviçə qarşı Rusiya CM-in 330-cu maddəsinin 1-ci hissəsi ilə Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulan öhdəliklərin icrasından yayındığına görə cinayət işi açıla bilər. Bu məsələyə baxılır. Cinayət işi açılacağı təqdirdə Makareviç iki ilədək azadlıqdan məhrum edilə bilər", - məlumatda deyilir.
 
Həmçinin Makareviçin Ukrayna prezidenti Vladimir Zelenskinin adından ona zəng edən peşəkar telefon dələduzları Vovan (Vladimir Kyznetsov) və Leksus (Aleksey Stolyarov) ilə ünsiyyəti diqqətdən kənarda qalmayacaq.
 
"Söhbət zamanı musiqiçi bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrini Rusiya ilə münaqişədə dəstəkləyir və hətta ukraynalı millətçilərin ideoloqu Stepan Banderaya haqq qazandırmağa cəhd edib", - hüquq-mühafizə orqanlarının nümayəndəsi əlavə edib. - Belə bəyanatlardan sonra musiqiçi ilə bağlı ekstremizmə görə yoxlama aparılması planlaşdırılır".
 
Məlum olduğu kimi, İsraildə yaşayan tanınmış musiqiçi, şair, rəssam və teleaparıcı Andrey Makareviç 2022-ci ilin sentyabrında Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına salınıb. 
 
2023-cü ilin yayında o, xarici agentin fəaliyyəti qaydalarının pozulmasına, o cümlədən xarici agentin sosial şəbəkələrdə "Maşina vremeni" yaradıcısının adının qeyd olunmamasına görə 50 min rubl (547 dollar) məbləğində cərimə olunub.
 
Bu ərəfədə məhkəmə həmçinin Makareviçi analoji inzibati hüquq pozuntusuna görə təqsirli bilərək artisti 30 min rubl (330 dollar) məbləğində cərimə edib. 
 
Rusiya qanunvericiliyinə görə, bir nəfər il ərzində iki dəfə xarici agent öhdəliklərini icra edilmədiyinə görə həmçinin cinayət işi açıla bilər və iki ilədək azadlıqdan məhrum edilə bilər.
 
Makareviçin vəkili Aleksandr Aldayevin SİTA-nın musiqiçiyə qarşı cinayət işinin açılmasının mümkünlüyü barədə suallarına cavab verməkdən imtina edib.
 
Xəbər verildiyi kimi, qalmaqallı telefon dələduzları Vovan və Leksus Andrey Makareviçi bəlli olmayan üsulla aldadaraq Vladimir Zelenskinin ona zəng etdiyinə inandırıb.
 
Lakin təxribatçılar yanılıb, əsl Makareviç "saxta" Zelenski ilə o qədər ləyaqətlə danışıb ki, ukraynalılar bir yana, Rusiya ictimaiyyətinin gözlərində özünün onsuz da sarsılmaz nüfuzunu bir qədər də möhkəmləndirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
32
moderator.az

10Mənbələr